• Bakı 10° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Naxçıvanda ağır qəza - 5 yaralı

HADİSƏ

10 Fevral 2025 | 15:35

Naxçıvanda ağır qəza - 5 yaralı

Naxçıvanda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralın Püsyan kəndi (Şərur rayonu) ərazində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən 68-BD-567 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı beş nəfər xəsarət alıb.

Hadisə yerinə gələn Kəngərli rayonu DYMH-nin qəza xilasetmə bölməsi tərəfindən yaralılar xilas edilib.

Onlar Şərur Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026