• Bakı 10° C

    3.57 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Naxçıvanda yanğınlar olub

HADİSƏ

15 Sentyabr 2024 | 21:54 | Müəllif: Subhan Mahmudov

Naxçıvanda yanğınlar olub

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə günün müxtəlif saatlarında Babək rayon Cəhri qəsəbəsində biçilmiş taxıl sahəsində, Naxçıvan şəhəri Qaraxanbəyli kəndində həyətyanı və Babək məhəlləsində quru otluq sahələrində yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.

Nazirlikdən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatlarla əlaqədar Naxçıvan şəhər və Babək Rayon Yanğından Mühafizə Hissələrinin qüvvələri hadisə yerlərinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026