• Bakı 19° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Naxçıvanda yolu kəsən qaya parçası partladıldı - VİDEO

CƏMİYYƏT

29 Mart 2024 | 19:54

Naxçıvanda yolu kəsən qaya parçası partladıldı - VİDEO

Naxçıvanda uçma təhlükəsi olan qaya parçası partladılıb.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Cəhri-Buzqov avtomobil yolunun 18-20-ci kilometrlik hissəsində qaya uçqunu təhlükəsi tamamilə aradan qaldırılıb.

Bir neçə gün əvvəl baş verən uçqun zamanı yolun hərəkət hissəsinə qaya parçaları tökülərək hərəkətin məhdudlaşmasına səbəb olub. Yaranan problem aradan qaldırılsa da, yolun yuxarı hissəsindəki iri qaya parçası təhlükə yaratdığından texnika vasitəsi ilə onu yoldan kənarlaşdırmaq mümkün olmayıb.

Bu gün qaya parçası partladıldıqdan sonra Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən yolun tam olaraq təmizlənməsi təmin olunub.

 


SON XƏBƏRLƏR

28 Aprel 2024