• Bakı 23° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq

CƏMİYYƏT

22 Aprel 2025 | 09:29

Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq

Naxçıvan şəhərinin bəzi yerlərində aprelin 22-də içməli suyun verilişi dayandırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan şəhərində magistral su kəmərinin üzərində olan təzyiq qırıcıda nizamlama işlərinin aparılması ilə əlaqədar 56, 58, H.Rəhmanov, Ə.Qəmküsar, Babək məhəllələrində, Qaraçuq, Qaraxanbəyli, Tumbul, Bulqan və Hacıniyyət kəndlərində suyun verilməsində fasilə yaranacaq.

İşlər bu gün saat 10:00-dan başlayacaq və gün ərzində yekunlaşdırılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026