Avstriyanın maliyyə naziri Maqnus Brunner ağır kəllə-beyin travması alıb və xəstəxanaya yerləşdirilib.
Bakıvaxtı.az xəbər verir ki, o, elektrikli skuterdən yıxılıb.
Hadisə ötən gecə Brunner Avstriya parlamentinin binasının təmirdən sonra açılış mərasimindən evə qayıdarkən baş verib.
Nazirin durumu orta-ağır olaraq qiymətləndirilir.
















