• Bakı 26° C

    14.66 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Nazir sorğulara cavabın gecikməsinə AYDINLIQ GƏTİRDİ

CƏMİYYƏT

30 Noyabr 2023 | 16:37

Nazir sorğulara cavabın gecikməsinə AYDINLIQ GƏTİRDİ

“Təcrübəmizdən gördüyümüz ondan ibarətdir ki, vətəndaşlar bizə aid olmayan məsələlər ilə bağlı sorğu göndərdiyi üçün cavablarda gecikmələr olur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Bu məsələnin mediaya da aid olduğunu deyən nazirin sözlərinə görə, yaxşı olar ki, sorğunun hara aid olduğu bilinsin: “Biz anlayırıq ki, media xəbərləri daha həyacanlı və qabarıq təqdim edir. Yəqin, mən də media nümayəndəsi olsaydım, bu texnikadan istifafə edərdim. Ancaq nəzərə almaq lazımdır ki, bəzi xəbərlər uşaqlar haqqındadır. Bəzən bizim xəbərimiz olmadan hökm oxumuş oluruq. Etik qaydaların nəzərə alınması daha doğru olar”.

Əmrullayev deyib ki, Elm və Təhsil Nazirliyi şəxslər arasında münaqişəni həll edən qurum olsa, elm və təhsil siyasəti foksdan kənar qalır: “Siz nə qədər Elm və Təhsil Nazirliyinə məişət mövzuları ünvanlasanız, o qədər ciddi məsələlər kənarda qalır. Məsələn, müəllimlərin imtahanı və s. bu kimi məsələlər bizə aiddir. Biz demirik ki, digər bəzi hadisələr bizimlə bağlı deyil, biz deyirik ki, bununla bu qurumumuz məşğul olub. Hadisəni araşdırmağa vaxt olmadan hökmlə birlikdə vermək doğru deyil. Baş verən hadisələrdə heç də hər zaman müəllimlər günahkar olmur. Problem olduqda isə həllini tapır”.

Aytac Aslan


SON XƏBƏRLƏR

26 Iyul 2024