• Bakı 26° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Nəfəsin arxiv görüntüsü YAYILDI - VİDEO

ŞOU

08 Mart 2026 | 14:12 | Müəllif: Subhan Mahmudov

Nəfəsin arxiv görüntüsü YAYILDI - VİDEO

Müğənni Nəfəsin illər əvvəl lentə alınmış arxiv görüntüləri sosial şəbəkələrdə yayılıb və izləyicilər arasında geniş müzakirələrə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, kadrlarda ifaçının sənətə yeni başladığı dövr əks olunur.

Yayılan görüntülər vaxtilə Space TV-də efirə gedən verilişlərdən birinə aiddir. Həmin proqram mərhum aparıcı və aktyor Ramiz Hüseynzadənin təqdimatında yayımlanırdı.

Kadrlarda Nəfəsin səhnəyə ilk addımlarını atdığı, daha sadə obraz və ifa tərzi ilə tamaşaçı qarşısına çıxdığı görünür. Onun illər içində keçdiyi sənət yolu və imic dəyişikliyi izləyicilərin diqqətindən yayınmayıb.

Paylaşım qısa zamanda minlərlə baxış toplayıb. Şərhlərdə istifadəçilər ifaçının əvvəlki və indiki görünüşünü müqayisə edərək fikirlərini bölüşüblər. 

Xüsusilə Ramiz Hüseynzadənin aparıcılığı ilə yayımlanan proqramdan olan kadrlar izləyicilərdə kövrək anlar yaradıb. Bir çox istifadəçi mərhum aparıcını da yad ediblər.

Görüntülər sosial mediada geniş müzakirələrə yol açıb./Milli.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026