• Bakı 24° C

    4.07 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

“Neftçi” 3 itki ilə hazırlaşır

İDMAN

07 Sentyabr 2022 | 00:21 | Müəllif: Subhan Mahmudov

“Neftçi” 3 itki ilə hazırlaşır

“Neftçi” Azərbaycan Premyer Liqasının 6-cı turunda qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlığını davam etdirir.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Sumqayıt” üzərində qələbədən sonra bir günlük istirahətə buraxılan "ağ-qaralar" senytabrın 5-də hazırlığa başlayıb.

Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə növbəti məşq olub. Məşqdə zədəlilər – Azər Salahlı, Sezar Meza Kolli və Vato Arveladzedən başqa bütün futbolçular iştirak ediblər.

Sentyabrın 10-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” oyununa saat 18:00-da start veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026