• Bakı 24° C

    6.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

“Neftçi”yə yeni prezident təyin edildi

İDMAN

24 Iyul 2023 | 14:46 | Müəllif: Qalib İbrahimoğlu

“Neftçi”yə yeni prezident təyin edildi

Fərrux Mahmudov “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti (baş icraçı direktoru) təyin edilib.

Bakıvaxtı.az xəbər verir ki, 1982-ci ildə anadan olan Fərrux Mahmudov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdi isə Mərkəzi Avropa Universitetinin Biznes Məktəbində biznesin idarə olunması və marketinq üzrə magistr təhsili alıb.

    F.Mahmudov 2022-ci ildən Azərbaycan Basketbol Federasiyasının icraçı direktorudur. O, həmçinin 2015-ci ildən “ALTÜST Media” MMC-nin təsisçisi və idarəedici direktoru olmuşdur. F.Mahmudov müxtəlif illərdə “Samsung Electronics Caucasus”, “British American Tobacco Azerbaijan”, “Azerfon” MMC və digər şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.

    Evlidir, 3 övladı var.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    17 Sentyabr 2026