• Bakı 23° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9944

    RUB - 2.1616

Nəvə Tramp babasına belə dəstək oldu - VİDEO

DÜNYA

18 Iyul 2024 | 12:09

Nəvə Tramp babasına belə dəstək oldu - VİDEO

ABŞ-nin keçmiş Prezidenti Donald Trampın nəvəsi Kai Medison Tramp Respublikaçılar partiyasının Miluoki şəhərində keçirilən qurultayında çıxış edib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu, 17 yaşlı Kainin ilk belə siyasi çıxışı olub.

O, səhnədə ABŞ prezidentliyinə namizəd olan babasına öz dəstəyini ifadə edib və ümumilikdə onunla münasibətindən bəhs edib.

Onun sözlərinə görə, Donald Tramp qayğıkeş babadır: “O, həmişə dostlarına nəvələri ilə necə fəxr etdiyindən danışır”.

Kai, həmçinin babasını ilham mənbəyi də adlandırıb: “Mediada babamı başqa bir şəxs kimi təqdim edirlər, lakin mən onu olduğu kimi tanıyıram. O, çox qayğıkeşdir, həqiqətən də bu ölkə üçün ən yaxşı olanı arzulayır”.

Qeyd edək ki, Kai Tramp ABŞ-nin sabiq Prezidentinin 10 nəvəsi içərisində ən böyüyüdür. O, Trampın böyük oğlu – kiçik Donald Tramp və keçmiş həyat yoldaşı Vanessa Trampın qızıdır.


SON XƏBƏRLƏR

30 Iyun 2025