• Bakı 9° C

    2.3 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Nəzir qutusundan oğurluq edildi

HADİSƏ

22 Aprel 2022 | 10:42

Nəzir qutusundan oğurluq edildi

Zaqatalada məsciddən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinə aprelin 13-dən 15-dək olan müddətdə Göyəm kəndi ərazisindəki məscidin nəzir qutusundan 300 manatın oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qandax kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Anar Osmanov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR