• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nigeriyada neft oğurluğu ölkəyə 1,4 milyard dollar zərər vurub

İQTİSADİYYAT

05 Iyul 2022 | 11:31

Nigeriyada neft oğurluğu ölkəyə 1,4 milyard dollar zərər vurub

Afrika qitəsinin neft və təbii qazla zəngin ölkəsi Nigeriya xam neft oğurluğu səbəbilə bu ilin ilk altı ayında 1,4 milyard dollar zərərə uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, Nigeriya Neft İstehsalı Tənzimləmə Komissiyasının (NUPRC) sədri Qbenqa Komolafe açıqlamasında davam edən xam neft oğurluğunun ölkə iqtisadiyyatı üçün təhlükə olduğunu bildirib.

Komolafe qeyd edib ki, 2022-ci ilin birinci yarısında hasil edilən 141 milyon barel neftin 132 milyon barrelini ixrac terminallarından almaq olur.

Nigeriyada 200-dən çox qeyri-qanuni neft emalı zavodu fəaliyyət göstərir. Son iki həftədə ölkədə oğurlanmış 3,8 milyon litr xam neft ələ keçirilib.

Nigeriya dünyada ən böyük neft ehtiyatlarına malik səkkizinci ölkədir.

Təxminən 37 milyard barel neft ehtiyatı olan Nigeriya dünya ehtiyatlarının 3,1 faizinə sahibdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026