• Bakı 20° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Novruzda əfv olacaq? - Məsələ gündəmə gələ bilər 

CƏMİYYƏT

04 Mart 2024 | 09:39 | Müəllif: Qalib İbrahimoğlu

Novruzda əfv olacaq? - Məsələ gündəmə gələ bilər

Azərbaycanda əksər vaxtlar Novruz bayramı ərəfəsində Prezident tərəfindən əfv sərəncamı imzalanır. Hazırda bayram ərəfəsindəyik və insanlar arasında bu barədə müzakirələr aparılır, müxtəlif fikirlər səsləndirilir.

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Bakıvaxtı.az-a danışarkən məsələyə aydınlıq gətirib.

Komissiya üzvü qeyd edib ki, əksər vaxtlar Prezident əfv sərəncamlarını Novruz bayramı ərəfəsində imzaladığı üçün insanlarda belə bir fikir formalaşıb:

“Amma bu, mütləq bir qayda deyil. Əfv sərəncamları müxtəlif vaxtlarda imzalana bilər.

Məsələn, Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı əfv olub. Sərəncam çox böyük sayda - 800-dən artıq məhkuma şamil olunub. Eyni zamanda, Cümhuriyyətin 100 illiyi ilə bağlı 2018-ci ildə böyük əfv sərəncamı imzalanıb. Ümumilikdə, müstəqillik dövründən indiyə qədər bütövlükdə 67 əfv sərəncamı imzalanıb”.

Əliməmməd Nuriyev: Növbəti aylarda bu məsələ yenidən gündəmə gələ bilər

Onun sözlərinə görə, sonuncu əfv sərəncamının imzalanmasından böyük bir müddət keçməyib:

“Ötən ilin may ayında əfv sərəncamı imzalanıb. Digər tərəfdən, hazırda biz yenicə prezident seçkilərindən çıxmışıq. Hökumət təzə formalaşıb. Qarşıda duran çoxsaylı məsələlərlə bağlı dövlət orqanları hazırda çox qızğın şəkildə işləyir. Novruz bayramına isə az vaxt qalıb. Əfv prosesi isə bir qədər zaman tələb edir. Hazırda Əfv Komissiyasının iclasları da keçirilmir. Buna ciddi hazırlıqlar lazımdır. Bunları nəzərə alsaq, belə qısa müddətdə əfv sərəncamının verilməsi o qədər də gözlənilən deyil”.

Müsahibimiz qeyd edib ki, bütün hallarda bu, cənab prezidentin səlahiyyətindədir:

“Növbəti aylarda bu məsələ yenidən gündəmə gələ bilər ”.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR