• Bakı 24° C

    7.66 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Martda 9 nəfər ZƏHƏRLƏNƏRƏK ÖLÜB

CƏMİYYƏT

03 Aprel 2024 | 09:09 | Müəllif: Qalib İbrahimoğlu

Martda 9 nəfər ZƏHƏRLƏNƏRƏK ÖLÜB

Mart ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 165 müraciət daxil olub.

Bu barədə Bakıvaxtı.az-a KTM-dən bildirilib.

Məlumata görə, şöbəyə qəbul edilən xəstələrdən 13-ü dəm qazından, 76-sı dərmandan və 17-si etanoldan zəhərlənən şəxslərdir.

Həmçinin 21 nəfər allergik reaksiyadan, 30 nəfər sirkə turşusundan, 7 nəfər həlledici məhluldan (uşaq), 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 9-u dünyasını dəyişib. Onlardan 4-ü qadın, 5-i kişi olub. 

Ölüm halları sirkə turşusu, etanol və dərman zəhərlənmələrindən qeydə alınıb.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026