• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Olimpiakos" - "Neftçi" matçı ilə bağlı qərar verildi

İDMAN

16 Iyul 2021 | 20:06

"Olimpiakos" - "Neftçi" matçı ilə bağlı qərar verildi

Yunanıstanda "Olimpiakos" ilə "Neftçi" arasındakı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu azarkeşlərlə keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pirey təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Nikos Qavalas məlumat verib.

Onun sözlərinə görə, biletlər növbəti həftənin ilk günündən satışa çıxarılacaq:

"Hələlik bilet sayı barədə dəqiq məlumat yoxdur. Düzdür, protokolda stadionun ümumi azarkeş tutumunun 80 faizi qədər göstərilib. Amma indiki məqamda dəqiq rəqəm deyə bilməyəcəyəm. Stadiona yalnız vaksin olunmuş şəxslər buraxılacaqlar".

Qeyd edək ki, iyulun 21-də "Georgios Karaiskakis" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Arenanın ümumi azarkeş tutumu 32 115 nəfərdir.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026