• Bakı 19° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Olimpiakos"da  Marselo şoku

İDMAN

01 Oktyabr 2022 | 13:59

"Olimpiakos"da Marselo şoku

Avroliqada “Qarabağ”ın rəqiblərindən olan Yunanıstanın “Olimpiakos” komandasının yeni transferi Marseloda xroniki zədə aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici media yazır.

Belə ki, 34 yaşlı oyunçunun bud əzələsində ciddi problem olduğu, buna görə bir müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilir. Marselonun “Qarabağ”la görüşdə meydana çıxacağı gözlənilsə də, onun hələ bir müddət oynamayacğı dəqiqləşib.

Bundan başqa “Olimpiakos”un digər ulduz futbolçusu Xames Rodriqes də zədələnib. Kolumbiyalı yarımmüdafiəçi milli komandanın düşərgəsindən zədəli qayıdıb. Həkimlərin rəyinə əsasən, onun bərpa prosesi bir neçə həftə çəkəcək.

Xatırladaq ki, Xames Rodriqesin adı Avropa Liqası üçün açıqlanmış heyətə daxil edilməyib. Bu üzdən də onun “Qarabağ”la oyunlarda iştirakı mümkün deyil.

“Olimpiakos” – “Qarabağ” matçı oktyabrın 6-da Yunanıstanda keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026