• Bakı 21° C

    2.47 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Azərbaycanda tolerantlıq və multikulturalizm ən yüksək səviyyədədir

LAYİHƏ

22 Fevral 2024 | 11:26

Azərbaycanda tolerantlıq və multikulturalizm ən yüksək səviyyədədir

6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Bu gün ölkəmizdə milli və dini tolerantlıq istiqamətində böyük işlər görülür. Dövlət tərəfindən dini tolerantlığın, milli-mənəvi dəyərlərin qorunması, eləcə də milli və dini azlıqların hüquqlarının qorunması, müdafiəsi üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Ceyhun Məmmədov: Dövlət dini tolerantlığın, milli-mənəvi dəyərlərin qorunmasına töhvəsini verir

Milli Məclisin deputatı Ceyhun Məmmədov Bakıvaxtı.az-a deyib ki, bu istiqamətlərdə dövlətin atdığı addımlar təqdirəlayiqdir. Onun sözlərinə görə, eyni zamanda da millətlərarası münasibətlər üçün də bu fikirləri yekdil hesab etmək olar:

“Çünki dövlət bu istiqamətdə önəmli layihələri həyata keçirir. Bu gün dövlət nəinki onların etiqad, dini azadlıqlarını təmin edir, eyni zamanda bunun üçün gərəkən şəraiti yaradır”.

Deputat qeyd edib ki, milli və dini azlıqların, müxtəlif millətlərin nümayuəndlərinin hüquqların qorunması ilə yanaşı onların rahat şəkildə öz dinlərinə sitayiş etmələri, digər hüquqlarından istifadə edə bilmələri üçün maliyyə ayrılır:

“Bu sahəyə dövlət öz töhvəsini verməyə çalışır. Əlbəttə ki, bu da öz müsbət təsirini göstərir. Bu gün Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin ən yüksək səviyyədə olduğu dövlətlərdən biridir”.

Arzu nağıyev: Multikultural dəyərlərə olan hörmət görə, etalon kimi Azərbaycana istinad etmək olar

Milli Məclisin deputatı Arzu Nağıyev də bu fikirlərlə razılaşır. Onun Bakıvaxtı.az-a dediyinə görə, ölkəmizdə dini və milli tolerantlıq ən yüksək səviyyədədir:

“Hətta dünya dövlətləri arasında belə tolerantlığa, belə multikultural dəyərlərə olan hörmət görə, etalon kimi Azərbaycana istinad etmək olar. Çünki Aərbaycanda heç bir zaman dini eyni zamanda etnik baxışlara, əqidələrə görə qarşıdırma baş verməyib və verməyəcək də. Bu məsələlər dövlət tərəfindən daim nəzarətdədir”.

Deputat bildirib ki, eyni zamanda Azərbaycan xalqı özü də bu proseslərdən artıq illərdir keçib. Onun sözlərinə görə, hər bir millətin, hər bir etnik qrupun bir-birinə olan hörməti, eyni zamanda qarşılıqlı şəkildə bir-birinə qaynayıb-qarışmaq məsələsi mütləq şəkildə öz dəyərini verməkdədir. Dövlətin milli və dini tolerantlıq sahəsində ciddi addımlar atdığını deyən A.Nağıyev vətəndaşların da yanaşmalarından razıdır:

“Dövlət də bu istiqamətdə çox ciddi addımlar atır. Hər bir vətəndaşın öz əqidəsinə, məsləyinə görə fikirlərini ifadə etməsi də çox mühüm məsələdir. Bu istiqamətdə də ciddi addımlar atılır. Azərbaycanda heç bir vaxt istər xiristian dini olsun, istər katolik, istərsə də digər dinlərlə bağlı hansısa sıxışdırma, hansısa problem yaranmayıb. Təbii ki, əqidəsinə görə bir sıra xarici xüsusi xidmət orqanlarının nəzarətinə düşən və bundan öz mənafeləri üçün istifadə etməyə çalışanların da qarşısı alınır. Dini və milli azlıqların hüquqi müdafiəsi ən yüksək səviyyədə qorunur. Onların öz dillərində məktəblərin olması, dərslərin tədris edilməsi göz qabağındadır və bu analoqu olmayan bir məsələdir ki, dininə, əqidəsinə, məsləyinə, etnik baxışlarına görə hər hansı bir qarşudurma yoxdur”.

Arzu Nağıyev deyir ki, bu gün istər multikultural dəyərlər, istər tolerantlıqla bağlı Azərbaycanda ciddi inkişaf var. Bu, dövlət siyasətidir, eyni zamanda müvafiq planlara uyğun olaraq daim inkişafdadır. Ölkəmizdə bu istiqamətdə ciddi addımlar atılır. Çox ciddi dövlət siyasəti var:

“Onların hamısı Azərbaycan vətəndaşlarıdır. Azərbaycan vətəndaşının Konstitusiyada təsbiq olunmuş hüquqları bütün etnik qruplara, milli azlıqlara, hamıya şamil olunur. Bizim dövlətimiz konstitusiyalı dövlətdir, ona görə də birmanalı şəkildə konstitusiya ilə hüququ təsbiq olunan hamı eynidir. Millətlərarası münasibətlərin inkişafında da həm xarici diaspora təşkilatları ilə, həm burada olan milli azlıqlarla, onların özlərinin yaratdıqları cəmiyyətlər vasitəsi ilə də həyata keçirilir”.

Xəyal Bəşirov: Azərbaycanda heç kəs dini baxışlarına, müxtəlif dəyər və göstəricilərə görə təqibə məruz qalmır

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Azərbaycan prezident İlham Əliyevin hakimiyyətdə olduğu dönəmdə multikultural dəyərlərlə xüsusi diqqətin olduğunu bildirib:

“Azərbaycan prezident İlham Əliyevin hakimiyyətdə olduğu dönəmdə multikultural dəyərlərlə bağlı, o cümlədən də dini tolerantlığın gücləndirilməsi, inkişaf etdirilməsi, ümumiyyətlə Azərbaaycanda bütün dinlərə, bütün mənsəblərə eyni şəkildə yanaşılması və onların qorunub saxlanılması istiqamətində dövlət siyasətinin şahidi olmuşuq. Nəzər yetirsək görərik ki, Azərbaycan bir sıra dövlətlərdən etnik mənsubiyyəti fərqli olan çoxsayılı xalqların yaşadığı bir dövlətdir. Əhalisinim sayı 10 milyon civarında olmasına baxmayaraq Azərbaycanda etnik mənsubiyyəti fərqli olan çoxlu sayda millətlər yaşayır. Bizə məlumdur ki, insanların etnik mənsubiyyətləri fərqli olanda dini baxışları da fərqli olur. Bu, həm də ayrı-ayrı dinlərə sitayiş edən şəxslərin olması anlamına da gəlir. Hər bir halda, bütün bunlara baxmayaraq Azərbaycanda bu günə qədər yürüdülən siyasət onu deməyə əsas verir ki, insanlar dini baxışlarına görə, etnik mənsubiyyətlərinə görə, müxtəlif dəyər və göstəricilərə görə təqibə məruz qalmırlar”.

O bu yöndə dövlət siyasətinin çox uğurlu olduğunu qeyd edir:

“Dövlət mümkün qədər bu istiqamətdə siyasət yürüdür ki, Azərbaycanda insanlar hansı etnik mənsubiyyətə, hansı dinə, hansı baxışlara sahib olmalarından aslı olmayaraq rahat və azad şəkildə yaşaya bilsinlər və bu azadlığı hiss etsinlər. Multukultural dəyərlərin və milli və dini azlıqların müdafiəsi, milli toletantlığın inkişaf etdirilməsi məsələləri də çox aktualdır. Zaman-zaman bu mövzu ilə bağlı Azərbaycan dövlətinin yürütdüyü siyasətin və atılan addımların şahidi oluruq. Bizdə çoxlu sayda tədbirlər keçirilir. Multikulturalizm mərkəzi fəaliyyət göstərir. Azərbaycanda dövlət hər il büdcədən ayrı-ayrı dinlərə və konfensiyalara dəstək üçün müəyyən miqdarda büdcə də ayırır. Nəzərə alsaq ki, Azərbaycan Konstitusiyasına görə, din dövlətdən ayrıdır və dini baxışları dövlətin yürütdüyü siyasətə siraət edilməsinə mümkün qədər yol verilmir. Amma hər bir halda dövlətin yürütdüyü siyasət də o istiqamətdədir ki, insanlar müxtəlif dinlərə xidmət edən, müxtəlif mədəniyyətlərə aid olan toplumlar da inkişaf edərək, dəyərlərini qoruyub saxlaya bilsinlər. Təbii ki də, bunun üçün dövlətin müəyyən mənada dəstəyi lazımdır”.

Müsahibimizin sözlərinə görə, Avropanın bir sıra ölkələrində "İslamafobiya”nın ("İslam qorxusu" mənasını verən termin. Termin kimi İslamdan və müsəlmanlardan qorxmanı, çəkinməni ifadə edir - red.) şahidi oluruq. Bu gün dünyada islamafobiyadan əziyyət çəkən çoxlu sayda dövlətlər var:

“Hansı ki, həmin dövlətlər bunu reallıqda qəbul etmirlər. Dini azadlıqların qorunması istiqamətində siyasət yürütdüklərini iddia edirlər. Amma söhbət təkcə bəyanat və çıxışlardan getməməlidir. Real iş, real əməl və siyasətdə bu sezilməlidir. Azərbaycan ikinci Qarabağ müharibəsindən sonra işğaldan azad etdiyi ərazilərdə Azərbaycanın dini, tarixi, mədəni abidələrinə qarşı, islam dəyərlərinə, islam abidələrinə, islam mirasına qarşı erməni işğalçılarının törətdikləri o cinayətlərin şahidi olduq”.

Xəyal Bəşirov qeyd edir ki, özlərini Cənubi Qafqazın ən qədim xalqı, ən qədim sivilizasiya, mədəniyyətə, dinə sahib hesab edən Ermənistandan söhbət gedir. Bu sadəcə sözdə olan əlamətlərdir. Reallıq isə fərqlidir. Bir daha göründü ki, onların dəyərləri vəhşilikdir, dağltmaqdır, işğaldır, cinayətdir. Bütün bunlara rəğmən Azərbaycan həmin əraziləri işğaldan azad etdi və oradakı reallıqları dünyanın diqqətinə çatdırdı: “Çox təəssüf ki, dünyada bir sıra dövlətlər bu istiqamətdə yaşanan problemləri görməzdən gəldirlər. Azərbaycanın bu reallıqlarına münasibət göstərmədilər. Biz bütün bunlara rəğmən özümüzün bu istiqamətdəki siyasətimizi yürütməyə davam edəcəyik. Azərbaycan multikultural dəyərlərə, dini və mədəni azadlıqlara, fərqli etnik mənsubiyyətə sahib olan xalqların rahat şəkildə öz dinlərini, tarixlərini, adətlərini qoruyub saxlayan bir siyasət yürüdüb, bundan sonra da bu istiqamətdə siyasətini davam etdirəcək”.

Ziyafət Əlisoy

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb


SON XƏBƏRLƏR