• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"KazMunayQaz" BTC ilə neft ixracını bərpa edib

CƏMİYYƏT

17 Sentyabr 2025 | 14:35 | Müəllif: Əli Hüseynov

"KazMunayQaz" BTC ilə neft ixracını bərpa edib

Qazaxıstanın "KazMunayQaz" milli şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını bərpa edib.

Bu barədə Bakıvaxtı.az-ın Qazaxıstan bürosu şirkətə istinadən bildirib.

"Sentyabrın 13-də Aktau limanından BTC istiqamətində 8,8 min ton "Kaşağan" nefti yola salınıb, növbəti yüklənmə sentyabrın 20-nə planlaşdırılır", - məlumatda qeyd olunur.

Xatırladaq ki, BTC ilə tədarük bu ilin avqustunda dayandırılmışdı. Səbəb bu marşrutla nəql edilən Azərbaycan neftinin ayrı-ayrı partiyalarında üzvi xlorid izlərinin aşkar edilməsi olub.

Şirkətin məlumatına görə, 2025-ci ilin 8 ayı ərzində BTC istiqamətində 0,9 milyon ton Qazaxıstan nefti nəql edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026