• Bakı 19° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

"Omikron" və SARS-ın simptomları oxşardır?

DÜNYA

29 Yanvar 2022 | 02:17 | Müəllif: Qalib İbrahimoğlu

"Omikron" və SARS-ın simptomları oxşardır?

Koronavirus infeksiyasının Omikron ştamı ilə yoluxduqda, klinik mənzərə kəskin respirator xəstəliyin gedişindən çox da fərqlənmir.

Bakıvaxtı.az-ın aztibb.az-a istinadən xəbər verir ki, bunu virusoloq, Novosibirsk Dövlət Universitetinin professoru Sergey Netesov britaniyalı həmkarlarının COVID-19-un yeni ştamının gizli simptomları ilə bağlı tapıntılarını şərh edərkən deyib.

“Həqiqətən də, Omikron ştamının ən çox görülən simptomları boğaz ağrısı, burun axması, bədən ağrıları və zəiflikdir... Mədə-bağırsaq simptomları nadirdir. Lakin simptomlar əsasında Omikronu SARS infeksiyasından ayırmaq mümkün deyil”.

Professor həkimin təyin etdiyi dərmanlara əlavə olaraq xəstələrin mümkün qədər çox su içməli olduqlarını vurğulayıb: “Bu, sağalmanı sürətləndirmək üçün lazımdır. Xüsusilə mineral süfrə suyu içmək daha yaxşıdır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026