• Bakı 25° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

“Omikron XE" Azərbaycanda da üzə çıxacaq

CƏMİYYƏT

15 Aprel 2022 | 01:30 | Müəllif: Qalib İbrahimoğlu

“Omikron XE" Azərbaycanda da üzə çıxacaq

Həkim-infeksionist Polina Əliyeva koronavirus pandemiyası ilə bağlı keçirilən beynəlxalq onlayn konfransda iştirak edib. Kolumbiyalı, avropalı və amerikalı həkimlərlə birlikdə onlar yeni “Omikron XE”nin yayılma risklərini müzakirə ediblər.

Bakıvaxtı.az media.az-a istinadən xəbər verir ki, Azərbaycanda bu ştamın peyda olması barədə həkim məlumat verib.

"Mutasiyalar davam edir və indi “Omikron XE”nin yeni rekombinantı - BA.1-BA.2. meydana çıxıb. Mütəxəssislərin fikrincə, o, əvvəlki yarımnövlərdən 10-12% daha yoluxucudur.

Bu gün mövcud olan məlumatlara görə, “Omikron” ştamının istənilən altnövü ilə xəstəliyin gedişatı və şiddəti bir-birindən fərqlənmir.

Təəssüf ki, çox vaxt onlar “Omikron” ştamının yeni altnövlərinə qarşı təsirli olmur. Ancaq eyni zamanda bu peyvəndlər “Delta”, “Delta-plus” və s. kimi digər ştamlar tərəfindən törənən infeksiyadan qoruyur.

Vektor və RNT tərkibli vaksinlərə gəldikdə isə onların effektivliyi 25-30%-dən çox deyil. Eyni zamanda, onlar koronavirusun digər ştamlarından qoruyur. Məhz bu səbəbdən bu gün Çində çox sayda xəstə var. Bu, çox narahatlıq yaradır, ölkə hakimiyyəti bir çox şəhərlərdə total lokdaun elan edib. Və orada, bu gün artıq bildiyimiz kimi, virusun daha aqressiv gedişi müşahidə olunur.

Bundan əlavə, bu gün Avropada pandemiyanın alovlanması nəzərəçarpacaq dərəcədə artıb. Lakin bu, karantin məhdudiyyətlərinin aradan qaldırılmasının da nəticəsi ola bilər.

-Bütün əvvəlkilər kimi XE variantı da Azərbaycanda üzə çıxacaq. Üstəlik, dünyada epidemioloji vəziyyət son dərəcə qeyri-sabitdir. Vəziyyət Ukraynadakı müharibə ilə daha da ağırlaşır, insanların kütləvi miqrasiyası var ki, bu da virusun daha böyük mutasiyasına səbəb olur. Müvafiq olaraq, o daha sürətli yayılmağa başlayır, yeni ştamlar və altnövlər ortaya çıxır.

Xoşbəxtlikdən, bir çox Azərbaycan vətəndaşında koronavirusa qarşı immunitet formalaşıb. Bir çoxları artıq “Omikron”u keçiriblər, bu ştam və mövcud altnövlərə həssas olan anticisimlər inkişaf edib. Lakin onların yeni altnövlərə nə dərəcədə həssas olacağını proqnozlaşdırmaq çətindir. Ümid edirəm ki, onlar da orqanizmi infeksiyadan qoruyacaq.

Ancaq bir daha deyirəm, biz dünyada vəziyyətə nəzarət etməli və istənilən ssenariyə hazır olmalıyıq. Azərbaycanda yeni ocaqların olub-olmayacağını, xəstəliyin necə davam edəcəyini söyləmək çətindir... Ümumiyyətlə, yeni mutasiyaların başvermə ehtimalı xəstələrin sayından asılıdır - xəstələr nə qədər çox olarsa, yeni ştamların yaranma ehtimalı da bir o qədər çox olar. Nəyisə proqnozlaşdırmaq çətindir. Ancaq daha aqressiv ştamlar görünməsə, o zaman ölkəmizdə total lokdaun və karantin rejiminin sərtləşdirilməsi olmayacaq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026