• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Nazir Ramiz Zeynalova müavin TƏYİN EDİB

CƏMİYYƏT

14 May 2022 | 23:33 | Müəllif: Subhan Mahmudov

Nazir Ramiz Zeynalova müavin TƏYİN EDİB

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yol polisində yeni təyinatla bağlı əmr imzalayıb. 

Bakıvaxtı.az “Avtosfer.az”a istinadən xəbər verir ki, nazirin əmrinə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin rəisinə yeni müavin təyin olunub.

Belə ki, polis polkovnik-leytenantı Pərvin Səfərəliyev BDYPİ-nin rəis müavini təyin edilib. 

O, bundan əvvəl İdarənin Yol Patrul Xidməti Alayının komandir müavini vəzifəsində çalışıb.

Keçmiş rəis müavini, polkovnik-leytenant Namidan Piriyev tutduğu vəzifədən azad olunaraq, DİN-in Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə rəis təyin edilib.

Qeyd edək ki, BDYPİ-nin rəisi polis general-mayoru Ramiz Zeynalovdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR