Los-Ancelesdə keçirilən 94-cü Oskar mükafatlandırma mərasimində Uil Smitin ona yumruq vurmasından sonra aktyor Kris Rok dünən ilk dəfə səhnəyə emosional şəkildə çıxıb.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, K.Roc səhnəyə iştirakçıların alqışları ilə çıxıb və izdihamın isti reaksiyasına göz yaşları içində cavab verib: “Buraxın, bu gün də pis zarafatlarıma davam edim. Ötən tədbirdə baş verənlərlə bağlı heç bir təəssüratım yoxdur. Bu həftə ancaq şouya hazırlaşmışam. Mən hələ də baş verənləri birtəhər həzm etməyə çalışıram, lakin söhbət əsnasında bu əclaf haqqında danışacağam. Deyəcəklərim həm ciddi, həm də gülməli olacaq, amma indi başqa zarafatlar edəcəm”.
Rok Kinematoqraf İncəsənəti və Elmlər Akademiyasının bazar günü Oskar mükafatlandırma mərasimində Smitə qarşı "intizam istintaqı" başlatdığını bildirib.
Qeyd edək ki, 94-cü Oskar mükafatlandırma mərasimində qalmaqal yaşanıb. Belə ki, aktyor Kris Rok çıxışı zamanı Uil Smitin həyat yoldaşının qısa saçları ilə bağlı zarafat edib. Bundan sonra səhnəyə çıxan Smit Roka yumruq atıb.
Hadisədən bir gün sonra U.Smit K.Rokdan üzr istəyərək, davranışınıb "qəbuledilməz və bağışlanmaz" olduğunu deyib: "Hər kəsin qarşısında səndən üzr istəyirəm, Kris. Həddimi aşdım və səhv etdim. Utandım və hərəkətlərim olmaq istədiyim adamın göstəricisi deyildi. Sevgi dünyasında şiddətə yer yoxdur və mehribanlıq var".
Nuranə Daxilqızı
















