• Bakı 21° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

“TikTok-da hədiyyəni kişilər atır” - Pərvindən cavab

MƏDƏNİYYƏT

29 Aprel 2022 | 16:38 | Müəllif: Subhan Mahmudov

“TikTok-da hədiyyəni kişilər atır” - Pərvindən cavab

Ötən günlərdə aktrisa Pərvin Abıyeva "Tarixin bir günü" verilişində "TikTok"dan ayda 35 min dollar qazandığını bildirmişdi. Elcan Rəsulov isə sənətçinin real şəkildə o məbləği görmədiyini söyləmişdi.

Bakıvaxtı.az olay-a istinadən xəbər verir ki, Pərvin "Səhər mərkəzi" verilişində Elcanın iddiasına cavab verib:

"Elcanın sözündə həqiqət var. Orada bir qayda var ki, hər gün 1000 dollardan artıq pul çıxara bilmirsən. Elcanın qazanmamağı normaldır. Yeni sima, qadın, kişilərin sevimlisisənsə, orada da hədiyyələri atan kişilərdir. Fanatlar var, canlı yayımda adının çəkilməsini istəyənlər var. "Hədiyyə atım, adımı çəksin" deyirlər. Bütöv şəkildə o pulu götürə bilmirsən, ancaq günə 1000 dollar çıxarmaq mümkündür. Orada sənə hədiyyə göndərən dost-tanışın da var, məcbursan ki, sən də onlara qarşılıq verəsən".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026