• Bakı 15° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ov icazələri onlayn verilə bilər

CƏMİYYƏT

19 Dekabr 2024 | 17:25

Ov icazələri onlayn verilə bilər

“Bu il ov mövsümünün hələ də açılmaması ölkə ərazisində aparılan heyvan və quş növlərinin sayğı nəticələri ilə bağlıdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda deyib.

O qeyd edib ki, hazırda mütəxəssislər tərəfindən araşdırma və monitorinqlər davam edir.

A. Babayeva, həmçinin əhali arasında onlayn ov icazəsinin tətbiqinə marağın az olduğunu açıqlayıb. Onun sözlərinə görə, vətəndaşlar onlayn formada icazədən daha çox “ASAN” xidmət mərkəzlərinə müraciət edərək ovçuluq biletlərini əldə etməyə üstünlük verirlər.

Qurum rəsmisi deyib ki, gələcəkdə onlayn ov icazəsinin tətbiqinin həyata keçirilməsi də nəzərdə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026