Özbəkistanda İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı sammiti keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, 1992-ci ilin noyabrından təşkilata üzv olan Özbəkistan ilk dəfə İƏT çərçivəsində çoxtərəfli sammitə ev sahibliyi edir.
Sammitdə təşkilata üzv 10 ölkənin rəhbərləri və yüksək səviyyəli rəsmiləri iştirak edir.
Qeyd edək ki, Azərbaycan, İran, Qırğızıstan, Tacikistan, Türkiyə və Türkmənistan prezidentləri sammitdə iştirak etmək üçün Daşkənddədirlər.
















