• Bakı 16° C

    7.39 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Pakistanın Baş naziri Malayziyaya səfər edəcək

DÜNYA

04 Oktyabr 2025 | 19:43 | Müəllif: Gülşən Şərif

Pakistanın Baş naziri Malayziyaya səfər edəcək

Pakistanın Baş naziri Şahbaz Şərif 5-7 oktyabr tarixləri aralığında Malayziyada səfərdə olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi (XİN) məlumat paylaşıb.

Bildirilib ki, səfər Malayziyanın Baş naziri Ənvər İbrahimin dəvəti ilə baş tutacaq.

"İki lider ticarət, İT və telekommunikasiya, halal sənayesi, investisiya, təhsil, enerji, infrastruktur, rəqəmsal iqtisadiyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edəcəklər", - məlumatda vurğulanıb.

Səfər çərçivəsində iki ölkə arasında bir sıra sazişlərin imzalanması planlaşdırlır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026