• Bakı 26° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Parisdə COVID pasportu əleyhinə etirazlar

DÜNYA

18 Sentyabr 2021 | 22:17 | Müəllif: Subhan Mahmudov

Parisdə COVID pasportu əleyhinə etirazlar

Fransanın paytaxtı Paris şəhərində COVID-19 pandemiyası çərçivəsində qəbul edilən qərarlardan narazı qalan şəxslər növbəti dəfə etiraz aksiyası keçirib.

Bakıvaxtı.az modern.az-a istinadən bildirir ki, küçələrdə toplanan vətəndaşlar "Makron, pasport istəmirik!" şüarını səsləndiriblər.

Artıq 10-cu dəfə keçirilən aksiyada bu dəfə az adam iştirak edib.

İyul ayında Fransa lideri Emmanuel Makron koronavirus pandemiyası ilə mübarizə üçün yeni məhdudlaşdırıcı tədbirlər qəbul edib. Qərara görə, avqustun əvvəlindən etibarən restoranlar, barlar, alış-veriş mərkəzləri, təyyarələr və qatarlarda COVID-19 əleyhinə peyvəndi təsdiq edən pasport və ya mənfi PCR test nəticəsi tələb ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026