• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Parisdə iğtişaşlar davam edir: Saxlanılanlar var - VİDEO

DÜNYA

19 Oktyabr 2022 | 00:09 | Müəllif: Subhan Mahmudov

Parisdə iğtişaşlar davam edir: Saxlanılanlar var - VİDEO

Fransa paytaxtında etirazlar səngimir. Bu gün Parisdə bahalaşmaya qarşı çıxanlarla polis arasında toqquşmalar baş verib.

Bakıvaxtı.az xəbər verir ki, iğtişaşlar Monparnas nekropolunun yaxınlığında eydə alınıb.

Etirazçılardan bəziləri nümayişçilərin keçdiyi yol boyunca barrikadalar qurublar. Hüquq-mühafizə orqanlarının əməkdaşları qurulmuş maneələri sökməyə çalışıblar. Buna cavab olaraq radikallar polis və jandarmlara şüşə və daş atmağa başlayıb, təhlükəsizlik əməkdaşları isə buna fişənglərdən atəşlə cavab veriblər.

Məlumata görə, polis bir neçə nəfəri saxlamağa müvəffəq olub. Qarşıdurma zamanı bəzi iştirakçılar yüngül xəsarətlər alıblar. Yaralılara hadisə yerindəcə həkimlər tərəfindən yardım edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026