Fransanın paytaxtı Paris şəhərinin yaxınlığında – Sen Patyu kommunasında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub.
Məlumata görə, təyyarə təlim uçuşu həyata keçirirmiş.
Hadisə yerində xilasetmə xidməti cəlb edilib. Polis faktla bağlı araşdırmaya başlayıb.
















