• Bakı 21° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Parkinqdə 100-dən çox maşın yandı

DÜNYA

21 Avqust 2023 | 08:51 | Müəllif: Subhan Mahmudov

Parkinqdə 100-dən çox maşın yandı

Yaponiyanın Atsugi şəhərindəki oyun parkının qarşısındakı çoxmərtəbəli avtomobil dayanacağında yanğın baş verib.

Bakıvaxtı.az bildirir ki, bu barədə NHK məlumat yayıb.

Baş verən yanğında ən azı 100 avtomobil yanıb.

Hadisə avtomobillərdən birində başlayan yanğın zamanı baş verib.

Alov qısamüddətdə yaxınlıqda dayanmış avtomobillərə keçib.

Nəticədə yanğın dayanacağın demək olar ki, ikinci mərtəbəsini bürüyüb.

Hadisə yerinə 20 yanğınsöndürən maşın göndərilib və yanğını söndürmək 4 saat çəkib. Ölən və yaralananlar barədə məlumat verilmir./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026