• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərdoğan və Netanyahu bu məsələləri müzakirə etdilər

DÜNYA

20 Sentyabr 2023 | 02:11 | Müəllif: Qalib İbrahimoğlu

Ərdoğan və Netanyahu bu məsələləri müzakirə etdilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Binyamin Netanyahunu Nyu-Yorkdakı Türk Evində qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyasının kommunikasiya idarəsi məlumat yayıb.

Bildirilib ki, beynəlxalq və regional məsələlərin müzakirə edildiyi görüşdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələr və İsrail-Fələstin münaqişəsi ilə bağlı son hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Qəbul zamanı Ərdoğan Türkiyənin İsrail ilə enerji, texnologiya, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində ortaq işlər görə biləcəyini, sülhün hökm sürdüyü bir dünya üçün hamının birlikdə çalışması lazım olduğunu vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026