• Bakı 21° C

    2.62 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Qəzzanın generalı ailəsiylə birlikdə öldürüldü - YENİLƏNİB 

DÜNYA

20 Oktyabr 2023 | 00:48 | Müəllif: Subhan Mahmudov

Qəzzanın generalı ailəsiylə birlikdə öldürüldü - YENİLƏNİB

HƏMAS hərəkatının inzibati nəzarəti altında olan Qəzza zolağında milli təhlükəsizlik qüvvələrinin komandiri general Cihad Əbd Müheysin İsrailin Əş-Şeyx Radvan məhəlləsini bombalaması zamanı ölüb.

Bakıvaxtı.az xəbər verir ki, "General Müheysin və onun bir neçə ailə üzvü həmin vaxt Qəzza təhlükəsizlik qüvvələrinin rəhbərinin yerləşdiyi evə İsrail mərmisinin birbaşa zərbəsi nəticəsində həlak olub".

Generalın ölümü ilə əlaqədar HƏMAS bəyanat yayıb və qeyd edib ki, liderlərin qəsdən öldürülməsi təhlükəsizlik qüvvələrinin peşəkarcasına fəaliyyətlərini davam etdirməsinə və hərəkatın [İsrailin] təcavüzünə müqavimət göstərməsinə mane olmayacaq.

Həmçinin qeyd olunur ki, bir müddət əvvəl İsrailin Fələstin sektorunun cənub hissəsində yerləşən Nuseyrat şəhərinin rayonlarından birinə hücumu nəticəsində Qəzza keçid məntəqələrinin rəisi general Fuad Əbu İbtihan öldürülüb. Bombardman zamanı onun bir neçə ailə üzvü də həlak olub./oxu.az

***

00:18

HƏMAS-ın rəhbərlik etdiyi milli təhlükəsizlik qüvvələrinin rəhbəri Cehad Mheisen və onun ailə üzvləri İsrail ordusunun Qəzzaya zərbələri nəticəsində ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026