Ermənistanın Baş naziri hesab edir ki, səhvlərin əsas səbəbi həddindən artıq xalq sevgisindən istifadə edən hakimiyyətin ideal həll yolları axtarmasıdır.
Bakivaxti.az xarici KİV-ə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Yerevandakı Respublika Meydanında keçirilən mitinqdə hökumətinin səhvlərinə görə bütün ermənilərdən üzr istədi.
Paşinyana 30 illik müstəqillik dövründə, inqlabdan sonrakı 2 il 10 ayda da çox səhvlərə yol verildiyini bildirib. Çıxışına davam edən Paşinyan deyib: "Bu, hökumətimizlə, şəxsən mənimlə əlaqədardır. Mən hamınızdan, bütün Ermənistan vətəndaşlarından, bütün diaspor ermənilərindən, bütün Artsax vətəndaşlarından bütün səhvlərimə görə üzr istəyirəm".
















