• Bakı 24° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Paşinyan Rikerlə Qarabağı müzakirə edib

DÜNYA

10 Iyun 2021 | 15:01

Paşinyan Rikerlə Qarabağı müzakirə edib

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Filip Rikerlə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Paşinyanın mətbuat xidməti məlumat yayıb.

Tərəflər regional və ikitərəfli gündəliyin bir sıra məsələlərini müzakirə ediblər. Əsas mövzu Qarabağ məsələsi olub. Paşinyan və Riker problemin həllində ATƏT-in Minsk qrupu həmsədrlərinin rolunun vacibliyini və gərginliyi azaltmaq üçün tədbirlər görməyin zəruriliyini qeyd ediblər.

Paşinyana görə, Ermənistan tərəfinin mövqeyi dəyişməz olaraq qalır - problem ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında sülh yolu ilə həll olunmalıdır.

Yüksək rütbəli amerikalı diplomat İrəvandan əvvəl Tbilisi və Bakıda olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026