• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Paşinyan Zəngəzurun icma rəhbərlərini TOPLADI

DÜNYA

24 Noyabr 2021 | 18:18 | Müəllif: Subhan Mahmudov

Paşinyan Zəngəzurun icma rəhbərlərini TOPLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur bölgəsinin Qafan, Meğri, Teq, Tatev, Qorayk, Qacaran, Sisian icmalarının rəhbərlərini, həmçinin Gorus icmasının sədr müavinini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazir aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Baş nazir regionla bağlı məsələləri müzakirə etməzdən əvvəl icmaların yeni seçilmiş rəhbərlərini təbrik edib.

Zəngəzurun problemlərinə toxunan Nikol Paşinyan onların hökumətin gündəlik diqqət mərkəzində olduğunu qeyd edib.

Baş nazir regionda iqtisadiyyatın və nəqliyyatın blokadadan çıxarılması, sərhədlərin demarkasiyası və delimitasiyası imkanlarına da toxunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026