• Bakı 13° C

    4.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“1,85 boyum var, qəbrim böyük olacaq” - Ərdoğan

DÜNYA

23 Dekabr 2021 | 21:38

“1,85 boyum var, qəbrim böyük olacaq” - Ərdoğan

"1.85 metr boyundayam, qəbrim bir az böyük olacaq. Başqaları düşünsün".

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP Bələdiyyələr və Müşavirə İclasında deyib.

"Təvazökar olmalıyıq. Yoxsa problem hədsiz dərəcədə böyüyəcək. Biz nəyik? Quluq, qul! Nəhayət, gedəcəyimiz yer torpaqdır. Oradan gəldik, ora gedəcəyik. Boyum 1,85 metrdir, ona görə də qəbrim bir az da böyük olacaq. Başqaları düşünsün", - Ərdoğan deyib.

Prezidentin bu sözündən sonra bir partiya üzvü ayağa qalxaraq, “Allah sizə uzun ömür versin, Prezidentimiz”, - deyib.

Türkiyə Prezidenti isə cavabında bildirib: “Allahın təqdiri nədirsə, o olacaq. Bunu dəyişdirməyə heç kimin gücü çatmaz. Biz bu millətə ağa deyil, qul olmaq üçün gəlmişik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026