• Bakı 17° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Bu ölkədə kuryerləri dronlar əvəzləyəcək

DÜNYA

22 Yanvar 2022 | 11:01 | Müəllif: Subhan Mahmudov

Bu ölkədə kuryerləri dronlar əvəzləyəcək

Braziliya Milli Mülki Aviasiya Agentliyi (ANAC) kommersiya məqsədli çatdırılma üçün pilotsuz uçuş aparatlarından istifadəyə icazə verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, söhbət 2,5 kq-a qədər yüklə 3 km-ə qədər məsafədə operatorun görmə xəttindən kənara uça biləcək Speedbird Aero şirkətinin DLV-1 NEO modelli dronlarından gedir. Bu cihazların köməyi ilə müxtəlif növ yüklərin, o cümlədən ərzaqların daşınması mümkün olacaq.

Bununla belə, operatorlar maksimum uçuş hündürlüyü məhdudiyyətlərinə riayət etməli, hava şəraitini nəzərə almalı, insanların üzərindən uçmaq qadağasına riayət etməli və dronların işinə təsir edə biləcək elektromaqnit şüalanma zonasına düşməkdən çəkinməlidirlər.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Noyabr 2026