• Bakı 7° C

    3.55 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Paytaxtda banklara hücum oldu

DÜNYA

16 Fevral 2023 | 15:07

Paytaxtda banklara hücum oldu

Livanın paytaxtı Beyrutda etirazçılar 3 banka hücum edib. 

Bakıvaxtı.az  xarici mediaya istinadən xəbər verir ki, onlar təkərlərə od vuraraq bankların binasına atıblar.

Etirazlara səbəb Livanda iqtisadi və siyasi böhran fonunda bankların bağlanması və dolların məzənnəsinin artırılması olub.

Qeyd edək ki, Livan 3 ildən çoxdur ki, dərin iqtisadi böhran yaşayır. Böhranla əlaqədar olaraq ölkənin bank sistemi iflic vəziyyətə düşüb. Ölkənin milli valyutası isə dollara nəzərən 20 dəfədən çox ucuzlaşıb. Nəticədə isə əhalinin 70%-dən çoxu yoxsulluqla üzləşib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026