• Bakı 18° C

    9.36 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Paytaxtda fabrikdə yanğın oldu - FOTO

DÜNYA

19 Sentyabr 2023 | 16:02

Paytaxtda fabrikdə yanğın oldu - FOTO

Türkiyənin Ankara şəhərinin GER-SAN Sənaye Sahəsinin Tahsin Karaman küçəsində yerləşən ikimərtəbəli süngər fabrikində yanğın baş verib. Küləyin təsiri altında alov sürətlə böyüyüb. Yanğın fabrikin qarşısında dayanan mikroavtobusa da keçib.

Bakıvaxtı.az xəbər verir ki, şəhərin bir çox yerindən yüksələn tüstü görünüb və ilkin məlumata görə, dörd nəfər tüstüdən təsirlənib. Hadisə yerinə çox sayda xilasetmə, sağlamlıq, polis, elektrik və təbii qaz idarəsi qrupları sövq edilib.

Polis ərazidə təhlükəsizlik tədbirləri görüb və yaxınları ilə görüşmək üçün əraziyə daxil olmaq istəyənlərin qarşısını alıb. Yanğınsöndürmə briqadalarının yanğını söndürmək üçün tədbirləri davam edir.


Paytaxtda fabrikdə yanğın oldu - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR