• Bakı 12° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dünyanın ən təhlükəli pendiri: Satışı qadağan olsa da...

DÜNYA

19 Oktyabr 2023 | 12:55

Dünyanın ən təhlükəli pendiri: Satışı qadağan olsa da...

Dünyanın ən təhlükəli pendiri kimi tanınan "Casu Marzu"nun satışı qadağan edilib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, qoyun südündən hazırlanan bu pendirin satışının cəriməsi 60 min dollardır.

İtaliyanın Sardiniya adasında hazırlanan ənənəvi pendir minlərlə ildir istehlak edilir. Min illərdir istehlak edilməsinə baxmayaraq, “Casu Marzu” 2009-cu ildən dünyanın ən təhlükəli pendiri kimi Ginnesin Rekordlar Kitabına düşüb. Qoxulu pendir mənasını verən “Casu Marzu” qoyun südünü çürüyənə qədər qıcqırdmaqla əldə edilir.

Pendirin çürüyənə qədər qıcqıran üst təbəqəsi kəsilərək milçək sürfələrinin əmələ gəlməsi üçün hazır vəziyyətə gətirilir. Zaman keçdikcə pendirdə yetişən sürfələrin nəcisi pendirin yağlarını parçalayaraq ona yumşaq bir quruluş verir.

Qeyd edək ki, “Casu Marzu” pendirini sınayan hər kəs dadını çox bəyənir. Hətta bəziləri onu içərisindəki qurdlarla yeyir, bəziləri isə qurdları təmizləyərək istehlak etməyə üstünlük verir. Pendirin afrodizyak təsiri olduğuna da inanılır. Lakin gigiyena tələblərinə cavab vermədiyi üçün 1962-ci ildə İtaliya hökuməti və Avropa Birliyi tərəfindən qadağan edilib.

Ay Tac


Dünyanın ən təhlükəli pendiri: Satışı qadağan olsa da...Dünyanın ən təhlükəli pendiri: Satışı qadağan olsa da...
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026