Rusiyanın İsraildəki səfirliyinin məlumatına görə, Fələstin-İsrail müharibəsində həlak olan rusların sayı 19-a çatıb.
Bakıvaxtı.az xəbər verir ki, diplomatik missiyadan bildirilib: "Dərin hüznlə bildiririk ki, 19 oktyabr saat 12-00-a olan dəqiqləşdirilmiş məlumatlara görə, İsrail tərəfində həlak olan Rusiya vətəndaşlarının, həmçinin İsrail vətəndaşlığı olan rusların sayı 19 nəfərə çatıb"
Bundan başqa səfirlikdən bildirilib ki, dəqiqləşdirilməmiş məlumatlara görə, iki rusiyalı hazırda HƏMAS tərəfindən girov götürülüb.
İsmayıl Alısoy
















