• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İsrail  500-dən çox fələstinlini həbs etdi

DÜNYA

19 Oktyabr 2023 | 14:30

İsrail 500-dən çox fələstinlini həbs etdi

Oktyabrın 7-də Qəzza zolağında müharibə başlayandan bəri İsrail İordan çayının qərb sahilində axtarışda olan 524 fələstinlini həbs edib.

Bakıvaxtı.az  "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, bu şəxslərdən 330-dan çoxunun HAMAS-la əlaqəsi var.

Son sutka ərzində HAMAS-ın 63 üzvünün həbs olunduğu qeyd olunub.

IDF-nin məlumatına görə, son günlər İordan çayının qərb sahilində Müdafiə Qüvvələri ilə fələstinlilər arasında bir neçə toqquşma olub.

Fələstin dövlətinin Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 7-dən bəri ən azı 69 fələstinli İordan çayının qərb sahilində İsrail hərbi qüvvələri və bu ərazidə məskunlaşdırılan İsrail vətəndaşları tərəfindən öldürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR