2023-cü ilin yanvar-sentyabr aylarında Bakıda pərakəndə ticarət şəbəkələrində 23 milyard 671.8 milyon manatlıq məhsul satılıb.
Bakı Şəhər Statistika İdarəsindən Bakıvaxtı.az-a bildirilib ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.8% çoxdur.
Qeyd edək ki, bu dövrdə Bakıda pərakəndə ticarət şəbəkələrində 13 milyard 886,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9 milyard 785,4 milyon manatlıq isə qeyri-ərzaq məhsulları satılıb.
Əlavə edək ki, Paytaxtın pərakəndə ticarət dövriyyəsinin ən çox olduğu rayonlar Nəsimi, Nizami və Sabunçu, ən az olduğu rayonlar isə Suraxanı, Xəzər, Pirallahıdır.
| Bakının Rayonları | Ticarət dövriyyəsi min. manat |
| Nəsimi | 3 340 993,3 |
| Nizami | 2 784 752,3 |
| Sabunçu | 2 715 268,5 |
| Xətai | 2 615 395,2 |
| Qaradağ | 2 439 191,7 |
| Nərimanov | 2 339 620,9 |
| Yasamal | 2 025 970,9 |
| Səbail | 1 864 766,1 |
| Binəqədi | 1 842 117,7 |
| Suraxanı | 1 013 758,4 |
| Xəzər | 679 903,4 |
| Pirallahı | 10 041 |
Bakı 



