Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında ayrıca görüş olmayacaq.
Bakıvaxtı.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, dekabrın 25-26-da keçiriləcək MDB liderlərinin qeyri-rəsmi sammiti və Avrasiya Ali İqtisadi Şurasının iclası çərçivəsində Putin-Paşinyan danışıqları planlaşdırılmır.
"Putin və Paşinyan arasında ayrıca görüş nəzərdə tutulmayıb, lakin lazım gələrsə, onların danışmaq imkanı olacaq" - deyə Peskov qeyd edib.