• Bakı 23° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Plastik btulkalardakı TƏHLÜKƏ

CƏMİYYƏT

09 Yanvar 2024 | 16:46

Plastik btulkalardakı TƏHLÜKƏ

Tədqiqatçılar bir litrlik plastik şüşədəki suda insan hüceyrələrini tıxaya bilən, təxminən, 240 min “nanoplastik” aşkar ediblər.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Kolumbiya Universitetinin tədqiqatçıları yeni lazer təsvir üsulu ilə plastik btulkalardakı nanoplastikləri tədqiq ediblər.

Tədqiqatçılardan Beizhan Yan bəyan edib ki, plastikin ölçüsü azaldıqca təhlükə də artır. Çünki hissəcik ölçüsü azaldıqca insan orqanizminə daxil olma ehtimalı da artır.

Plastik btulkalardakı suda olan plastik hissəciklərin qan-beyin baryerini keçəcək qədər kiçik olduğunu bildirən Yan bunun sonrakı yaşlarda beynin müəyyən hissələrində hüceyrələrin itkisinə səbəb ola biləcəyini söyləyib.

Yan bu kiçik plastiklərin "qana keçə, hüceyrələrə çata biləcəyini və sonra orqanların öz funksiyalarını itirə biləcəyini" də vurğulayıb.

Tədqiqatçılar bu plastiklərin bədənə içməli su ilə daxil olduqları üçün sürətli təsir göstərdiyini düşünür və kiçik plastiklərin bağırsaqlardakı qidaları həzm etməyə kömək edən mikroblara təsir edə biləcəyini iddia edirlər. Plastiklərin ölüm nisbətinin artması və doğuş qüsurları kimi sağlamlıq risklərinə səbəb ola biləcəyi də qiymətləndirilir. Tədqiqatçılar bu plastiklərin qablaşdırmadakı materiallardan ayrıldığını və ya su istehsalı zamanı istehsal edildiyini düşünürlər. Digər tərəfdən, insanların hansı plastikləri udduğu, nə qədər plastikin orqanizmə daxil olduğu hələlik məlum deyil.

Qeyd edək ki, araşdırma "Proceedings of the National Academy of Sciences (PNAS)" jurnalında dərc olunub.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR