• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Polisdən əməliyyat: Narkotacirlər saxlanıldı

GÜNDƏM

03 Aprel 2021 | 14:57

Polisdən əməliyyat: Narkotacirlər saxlanıldı

Abşeron və Xaçmaz sakinləri narkotiklə tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş N.İsgəndərovun rayon ərazisində kirayədə yaşadığı evə baxış zamanı 3 kiloqram 360,508 qram heroin və 14 kiloqram 758,891 qram marixuana aşkarlanıb.

Abşeron polisi tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində isə Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədovun yaşadığı evə baxış zamanı 2 kiloqram 145,6 qram heroin aşkar edilərək götürülüb.


Polisdən əməliyyat: Narkotacirlər saxlanıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026