• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Dövlət sərhədini pozanlar yerindəcə güllələnməlidir”-Hərbi ekspert

GÜNDƏM

03 May 2021 | 10:20

“Dövlət sərhədini pozanlar yerindəcə güllələnməlidir”-Hərbi ekspert

 

“Dövlət sərhədində təmkinli davranmaq məsələsinə nöqtəni cənab Ali Baş Komandan qoyubdur. Bu nöqtədən sonra kiminsə sərhəd, təhlükəsizlik, ərazi bütövlüyü, suverenlik və müstəqillik məsələsində təmkin nümayiş etdirməyə haqqı və hüququ yoxdur”.

Bunu Bakivaxti.az açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

Ekspert qeyd edib ki, Ali Baş Komandanın növbəti erməni təxribatlarının onlar üçün faciə ilə nəticələnməsi barədə verdiyi bəyanatdan sonra, heç bir komandan, komandir və ya rəis sərhədlərin toxunulmazlığı,  təhlükəsizlik, suverenlik və ərazi bütövlüyü məsələsində təmkin numayiş etdirə bilməz: “Sosial şəbəkələrdə yayılan görüntülərin Zəngilan rayonu ərazisində baş verdiyi deyilir. Həmin ərazi Ermənistanla sərhədlərin demarkasiyasi proseslərinin başa çatdığı ərazidir. Bu hadisə ilk dəfə baş vermir. Münaqişə başa çatdıqdan sonra dəfələrlə bu hallarla rastlaşmışıq. Cənab Ali Baş Komandan bu məsələ ilə bağlı xəbərdarlıq etmişdi. Videosu yayılan həmin hadisə həmin xəbərdarlıqdan sonra baş veribsə, artıq Ordu və birləşmələrimiz real fəaliyyətə keçməli, təxribat törədən erməni əsgəri sərhədimizi pozduğu üçün yerindəcə güllələnməlidir. Azərbaycan sərhədləri toxunulmazdı və  istənilən şəxs sərhədlərimizi pozaraq hərbçilərimizin imkanlarını yoxlamaq istəyirsə, onların ruhunu göylərə uçurmaq Azərbaycan Silahlı Qüvvələrinin borcudur”.

Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycan Ermənistan sərhədində delimitasiya zamanı yaşanan hadisənin video-görüntüləri yayılıb. Görüntülərdə erməni zabiti Azərbaycan tərəfinə keçməyə çalışır. Dövlət Sərhəd Xidmətinin zabit və əsgərləri buna mane olur. Erməni zabit sözügedən ərazinin onlara aid olduğunu iddia edərək irəliləməyə çalışır. Hadisənin Azərbaycan-Ermənistan sərhədinin Sünix vilayəti ilə həmsərhəd hissəsində baş verdiyi bildirilir.

Ramid İbrahimov

Bakivaxti.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026