• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Liseydə valideyn üsyanı: “Direktorun bu tələbi qanuna ziddir"

GÜNDƏM

01 Iyun 2021 | 17:04

Liseydə valideyn üsyanı: “Direktorun bu tələbi qanuna ziddir"

 

Sumayıt şəhərində yerləşən Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin direktoru Ruxsarə Məmmədova valideynlər qarşısında yeni tələb qoyub. Bu tələbə əsasən şagird imtahandan “3” qiyməti alarsa o, liseydən xaric olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə direktorun valideynlərə təklif etdiyi müqavilədə bildirilir.

Müqavilədə qeyd olunub: “Övladım 4-ci sinifdən 5-ci sinfə keçid imtahanında “3” qiymət alarsa, təhsilinin başqa məktəblərdə davam etdirməyinə etiraz etməyəcəm” .

Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov Bakıvaxtı.az-a bildirib ki, bu müqavilənin hüquqi əsası yoxdur: "Liseydə münasibətlər onun nizamnaməsinə əsasən tənzimlənir. Qaydaya görə, liseydə ibtidai təhsil səviyyəsi olmamalıdır. Liseyə qəbul 5-ci sinifdən başlayır. Bu qəbul da Təhsil Nazirliyinin mərkəzləşdirilmiş imtahan vasitəsilə həyata keçirilir. Təəssüf ki lisey və gimnaziya adını özünə brend kimi götürən məktəblər qaydaları pozurlar. 

Dövlət ümumtəhsil müəssisələrində valideynlərlə münasibətlər müqavilə vasitəsilə qurulmur. Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyi dövlət mülkiyyəti olduğuna görə, bu müqavilənin heç bir hüquqi əsası yoxdur. Qanunvericiliyə görə, ancaq özəl təhsil müəssisələrində valideynlə məktəb arasında münasibətlər müqavilə əsasında qurulur”.

Ramid İbrahimov

Bakivaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026