• Bakı 14° C

    0.48 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

"Fransa Azərbaycandan erməni terrorçuların azad edilməsini tələb edir"- Ekspert 

GÜNDƏM

03 May 2021 | 13:30

"Fransa Azərbaycandan erməni terrorçuların azad edilməsini tələb edir"- Ekspert

“Bu günlərdə fransalı deputatlardan biri Frabsua Pupponi parlamentin müzakirəsinə daha bir anti-Azərbaycan qətnaməsinin layihəsini təqdim edib. Ölkəmizin təcavüzkar kimi təqdim edildiyi sənədi Fransa parlamentinin 33 üzvü artıq dəstəkləyib”.

Bunu Bakivaxti.az-a açıqlamasına beynəlxalq münasibətlər üzrə ekspert Yeganə Hacıyeva bildirib.

  

Ekspert qeyd edib ki, qətnamə layihəsi Dağlıq Qarabağla məhdudlaşmayıb, Azərbaycanın azad etdiyi ətraf 7 rayonu da əhatə edib-hansısa “təmas xətti zonası” elan ediblər: “Qətnamədə Azərbaycanı beynəlxalq səviyyədə tanınan torpaqlarını, Qarabağı işğaldan azad etdiyi üçün qınayıblar və 10 noyabr razılaşmasıdan sonra Ermənistandan Azərbaycan ərazisinə keçən 60-dan çox erməni diversantın Bakıdan azad edilməsini tələb ediblər”.

Y.Hacıyeva bildirib ki, Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çıxarılması məsələsini tələb etməlidir: “Sözügedən qətnamə Fransanın 44 günlük Vətən müharibəsi ərəfəsi və sonrası silsilə anti-Azərbaycan qətnamələrinin davamıdır. Fransa prezidenti, rəsmiləri, parlamentariləri və əksəri siyasətçiləri ənənəvi ermənipərəst mövqeyi sərgiləyirlər. Bu mövqe Fransa Parlamentində, Milli Assambleyasında, Senatında ard-arda qəbul edilmiş qətnamələrdə anti-Azərbaycan, beynəlxalq hüquqa və Cənubi Qafqazdakı siyasi və təhlükəsizlik reallıqlarına zidd Fransa dövləti adından bir yanaşmadır. Müharibə dövründə Fransa prezidenti Makron Ermənistanın rəsmi tezisləri əsasında mövqe sərgilədi. Belə ki, guya Azərbaycan Yaxın Şərqdən terrorçuları gətirib, onlar Qarabağda döyüşüblər. Bu mövqelər Azərbaycan-Fransa münasibətlərinə izsiz qalmayacaq və öz təsirini göstərəcək.  

Sirr deyil ki, Fransa ermənilərin kompakt yaşadığı və uzun illərdir siyasətinə təsiri olan ölkədir. Mediada erməni şəbəkəsi var. Ermənilər turizm və əyləncə sahəsinə nəzarət edirlər. Ona görə də onların təsirlərini və pullarını təsvir etmək çətin deyil. Fransa prezidenti Makron güclü erməni lobbisinin imkanlarından istifadə etdi, indi də eyni addımı parlamentarilər atırlar. Sözügedən qətnaməyə səsə verənlərin beynəlxalq hüquqdan və münasibətlərdən xəbərsiz olmasının sübutudur. Avropa Birliyinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı Azərbaycandır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində strateji ölkədir. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın bu yanaşması Azərbaycan-Avropa Birliyi münasibətlərini zədələməyə hesablanıb”.

Ramid İbrahimov

Bakivaxti.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR