• Bakı 15° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Prezident İlham Əliyev FƏRMAN İMZALADI

SİYASƏT

18 Dekabr 2023 | 15:44

Prezident İlham Əliyev FƏRMAN İMZALADI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, Fərmanla 2023-cü il noyabrın 20-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycanın Xarici İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İraq Respublikası Hökumətinə bildiriş göndərməlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026